Aşıq Samirə fəxri ad alıb
Axşam.az-ın məlumatına görə, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Prezident İlham Əliyev Azərbaycan qadınlarının bir qrupunun təltif edilməsi haqqında sərəncam imzalayıb. Onlardan biri də S.Əliyeva olub. Sərəncama əsasən “Əməkdar mədəniyyət işçisi” adına layiq görülən Samirə sevincini belə bölüşüb:
“Ömrümün ən gözəl 8 Mart təbriki. Çox xoşbəxtəm”.