AŞPA həmməruzəçilərinin Azərbaycana səfəri başlayıb

media-hightechnic-468x90

17f7a9e58f204a36cc4559a0529beb32Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Tadeuş İvinski və Pedro Aqramuntun Azərbaycana səfəri başlayıb.

Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, səfər martın 1-dən başlayıb.

Səfər çərçivəsində onların Milli Məclisin spikeri Oqtay Əsədov, Azərbaycanın AŞPA-da təmsil olunan nümayəndə heyətinin üzvləri, baş prokuror, ədliyyə naziri media, vətəndaş cəmiyyəti üzvləri ilə görüşü olacaq.

Avropa Şurasının Bakıdakı ofisinin təşkilatçılığı ilə həmməruzəçiləri parlamentdə təmsil olunmayan partiya üzvləri ilə də görüşəcəklər.

Səfər martın 4-də başa çatacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600