Astarada avtomobil hasara çırpılıb: ölən və xəsarət alan var

media-hightechnic-468x90

Astara rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Cənub bürosu xəbər verir ki, rayonun Təngərud kənd sakini, 1996-cı il təvəllüdlü Ağayev Kənan Səadət oğlunun idarə etdiyi “VAZ-2106” markalı, “90 ET 672” dövlət seriya nişanlı avtomobil hərəkətdə olarkən daş hasara çırpılıb.

Hadisə nəticəsində onun avtomobildəki sərnişini, həmkəndlisi, 1994-cü il təvəllüdlü Səmədov Xəzan Samir oğlu ağır xəsarət alaraq hadisə yerində dünyasını dəyişib. Sürücü özü isə yüngül xəsarət alıb.

Qeyd edək ki, hadisə gecə saatlarında baş verdiyindən avtomobilin qəzaya düşməsi səhər müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Yenicag.Az

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600