Ata və oğlunu maşın vurub-Gəncədə
Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə ötən gecə şəhərin Cavad bəy Rəfibəyli küçəsində qeydə alınıb.
Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Alim Musayev idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yolu keçmək istəyən şəhər sakinləri, 1952-ci il təvəllüdlü Aydın Məhərrəmovu və onun oğlu, 1989-cu il təvəllüdlü Muraz Məhərrəmovu vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyadalar Gəncə şəhər Təcili Tibi Yardım Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır(apa).