!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Atan kazaklardır! – Anar Əsədli yazır

!Reklam – Yazi

anar əsədli

Ortada dəlil yoxdursa, deməli…

 Almaniya Bundestaqı ermənilərin 1915-ci il hadisələri ilə bağlı iddialarını “soyqırımı” kimi rəsmən tanıdı. Keçən ilin aprelində Roma Papası da bu barədə fikirlərini söyləyəndən sonra Avropa Birliyi “soyqırımı”nı tanıdığını bəyan etmişdi. Əslində təəccüblü heç nə baş vermir. Hətta ağlı, mütaliəsi, müşahidə qabiliyyəti olan kəslər üçün gözlənilən idi desək, yanılmarıq. Amma maraqlı olan başqa bir nüansdır.

 

 

Niyə bu qondarma soyqırımı 100 ildən sonra Almaniyanın yadına düşür? Nə dəyişib, axı?! Görəsən, avropalılar – məsələn, fransızlar, almanlar erməni soyqırımı barədə nə bilirlər? Bununla əlaqədar hansı video və foto faktlara, yaxud kutləvi məzarlıqlara rast gəliblər? Hanı tarixi sənədlər? 
Bu gün “soyqırımı”ndan danışan almanlar nədənsə unudurlar ki, XX əsrdə faşist Almaniyasının yəhudilərə qarşı soyqırımı törətməsi ancaq uzun müddət davam edən Haaqa Məhkəməsinin qərarından sonra təsdiqlənmişdi. İnsanlığa sığmayan əsir düşərgələrinin, kütləvi insan qırğınlarının baş verdiyini isbatlayan kifayət qədər faktların olmasına rəğmən Almaniyanın cinayətini sübut etmək üçün Haaqa Məhkəməsinin bütün hüquqşünasları  on illərlə çalışmışdı. Ortada videogörüntülər, kütləvi məzarlıqlar, canlı şahidlər vardı, ancaq xristian dünyası və Avropa Birliyi soyqırımdan indiki qədər əminliklə danışmırdı onda. Lakin üstündən 100 il keçmiş soyqırım iddialarının qarşılıqlı olmasına baxmayaraq, hələ heç bir məhkəmədə hüquqi qiymətini almamış, tarixi və hüquqi təsdiqini tapmamış bir hadisəni soyqırım kimi tanımaq hansı hüquqi, tarixi və insanı dəyərlərə söykənir? Onsuz da hamı yaxşı bilir ki, heç bir soyqırım olmayıb. Bəs onda nə üçün məlum proseslər baş verir?

 


Zənnimcə, Avropa ölkələrinin bir-birinin ardınca qondarma erməni soyqırımını tanımasının əsas səbəbi budur: Siyasət. Həm də uzun illərə hesablanmış qərəzli siyasət.
Türkiyə parlamentinin millət vəkili, tarixçi alim, Osmanlı dövrü üzrə mütəxəssis, professor Yusuf Halaçoglu bir əsərində yazır ki: “Bu gün Türkiyəni ermənilərə qarşı soyqırımı törətməkdə suçlayan dövlətlərin alimləri, tarixçiləri uzun illərdir Osmanlı imperiyasının axivlərində araşdırma aparırlar. Həmin araşdırmaların nəticələrini öz ölkələrində yayımlayıb, tarix elminə önəmli töhfələr veriblər. Onların kitablarında istifadə edilən Osmanlı arxivlərinin materialları ilkin mənbələr kimi təqdim olunur. Amma qəribədir ki, üç mindən yuxarı araşdırmaçının  böyük önəm verdiyi, güvəndiyi arxivin ermənilərlə bağlı sənədlərini Qərb dünyası inandırıcı hesab eləmir, üstəlik türk araşdırmaçılarının kitablarına da 1915-ci ildəki kimi  siyasət nöqteyi-nəzərindən baxılır və dəyərsiz sayılır. Qəribə olan bir də odur ki, 1921-ci ildən 2001-ci ilə qədər üç mindən çox alimin araşdırma apardığı Osmanlı arxivlərinin bağlı saxlanıldığı iddia edilir. Bu arada Qərbin nüfuzlu tarixçilərinin siyasi və həyati mülahizələrə görə erməni problemini araşdırmaq istəmədikləri də diqqət çəkir”.
Ermənilərin iddialarının əsassız olduğunu sübut edən milyonlarla fakt göstərmək mümkündür. Bu barədə geniş, əhatəli araşdırma məqalələr, kitablar var. Amma onları qoyaq bir qırağa. Tutaq ki, onlar Qərbi qane eləmir, inandırıcı görünmür.

 

 

Bəs Xocalı? İnsanlığa qarşı cinayət sayılan Xocalı soyqırımı XX əsrin lap sonlarında baş verib. Faktlar yenidir, videolar və fotolar da ortada. Qırğını erməni daşnaqları ilə birlikdə 366-cı rus alayı törədib. Ancaq rusları soyqırımında ittiham etmək, tarixi gerçəkləri ortaya səpələyib, rusların həqiqətən xalqların qatili olduğunu söyləmək Avropanın işinə yaramır. Ən azından bu gün. Avropanın və Almaniyanın nə istədiyi aydındır. Onlar üçün Türk əbədi düşməndir. Bütün dostlar, düşmənlər dəyişir, ancaq Türk həmişə düşmən siyahısında qalır. Avropalı həmişə bir neçə şeydən qorxub – aclıq, səfalət, taun və türklərin Avropaya gəlişindən. Onlar bunu  heç vaxt gizlətməyiblər, hətta unutmamaq üçün bu qorxularını simvollaşdırıblar da. Praqaya yolunuz düşsə, şəhərin əsas meydanlarından birində həmin simvolu görə bilərsiniz.
Bəli, Avropa türkü sevmir. Ona görə də möcüzə baş vermədi, Almaniya qondarma erməni soyqırımını tanıdı və proses davam edəcək..
Avropa öz məqsədlərinə çatmaqdan ötrü insanları saxta tarixə inandırmaq, aldatmaq istəyirsə, bizləri öz tariximizdən soyutmağa, beynimizə yalan məlumatlar yeritməyə çalışırsa, o zaman aldanmamalı və oyuncaq olmadığımızı isbatlamalıyıq. Bunun isə tək bir yolu var – oxumaq və araşdırmaq. Araşdırmaq lazımdır ki, həmin illərdə əslində nə baş verib, kim öldürüb və kimi öldürüb.

 


Bu gün bir cox ictimai fəal insan sosial şəbəkələrdə haqlı olaraq yazır ki, soyqırım olduğu iddia edilən illərdə Osmanlı ordusu alman generalları tərəfindən idarə edilirdi. Orduda yüksək rütbəli 80 alman komandiri vardı. Almanlar indi “türklər ermənilərə qarşı soyqırım törədib” deyirlər. Əgər həqiqətən soyqırım olubsa, bunun məsuliyyəti həm də almanların boynundadı. Nəzərə alsaq ki, almanların soyqırımla bağlı böyük təcrübələri var, onsuz da qan içində boğduqları dünyada illərə hesablanmiş qətliamı törətməkləri şübhə doğurmur.
Və nəhayət, yenə yazının əvvəlindəki sual: Niyə Avropa ortada dəqiq heç bir fakt olmadan bu qədər əminliklə danışır? Bu sualın cavabı müəmmadır. Ancaq klassik bir məsəl var: hər kəs istənilən mövzuda yalnız iki halda əminliklə danışa bilər: ya əlində inkaredilmez dəlil olmalıdır, yaxud da müzakirə mövzusu olan problemin baş verməsındə özünün barmağı var.

Ortada dəlil yoxdursa, deməli…

COP29

www.yenicag.az

1538
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv