Qəfildən atasını itirən Damlanın hələ də sarsıntı içində olduğu bildirilir.
Yenicag.az-a açıqlama verən Damlanın prodüseri Əfruzənin sözlərinə görə, atası son nəfəsində qızına zəng edib:
“Toydaydıq, qəfildən zəng etdilər ki, atasının vəziyyəti ağırdır, Damla tez özünü çatdırsın. Toyu yarımçıq qoyub evə qaçdı. Amma onu qorxutmamaq üçün həqiqəti deməyiblərmiş. Demə, atası artıq dünyadan köçübmüş. Damla son nəfəsində onun yanında ola bilmədi. Buna görə özünü çox günahkar hiss edir. Rəhmətə gedəndən sonra atasının telefonuna baxıb, görüb ki, son nəfəsində də ona zəng edib. Kişinin halı o qədər pis olub ki, bir sıfır əvəzinə, iki sıfır yığıb. Buna görə də qızı ilə əlaqə qura bilməyib. Damla deyir ki, bunu heç vaxt özümə bağışlamayacam. Deyir, ömrüm boyu məni yandıracaq ki, görəsən atam son nəfəsində mənə nə deyəcəkdi? Övlad üçün yaxşı ata itkisi çox ağırdır”.
Cəvahir
www.yenicag.az