Atəşkəs rejimi 6 dəfə pozuldu

media-hightechnic-468x90

9ff603d86b9b0a0eb52b60185eca7edbUkraynanın cənub-şərqində elan olunan atəşkəs rejiminin ilk 4 saatı ərzində separatçılar 6 dəfə atəş açaraq razılaşmanı pozub.

Yenicag.az apa-ya itinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının nümayəndəsi Vladislav Seleznyov bildirib. Onun sözlərinə görə, atəşkəs rejimi separatçılar tərəfindən 3 dəfə Çernuxino qəsəbəsi istiqamətində, 3 dəfə də Zolotoye yaşayış məntəqəsi istiqamətində pozulubb.

Vladislav Seleznyov qeyd edib ki, separatçıların açdığı atəş “sistemli və lokal” xarakterli olub. O əlavə edib ki, 03:00-dan 04:00-dək Ukrayna ordusunun mövqelərinin atəşə tutulması faktı qeydə alınmayıb. Hərbçilər tərəfindən heç bir itki qeydə alınmayıb.

Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Valentin Nalivayçenko bundan əvvəl atəşkəsin ilk 90 dəqiqə ərzində bir dəfə pozulduğunu bildirib.

Qeyd edək ki, atəşkəs rejimi elan olunduqdan az sonra hər iki tərəf bir-birini Donbasda atəşkəsi pozmaqda ittiham edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600