Yanvarın 1-dən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrlik İtaliyadan Slovakiyaya keçib.
Yenicag.az xəbər verir ki, Slovakiya Respublikası 2019-cu ildə təşkilata rəhbərlik edəcək.
Xatırladaq ki, Slovakiyanın ATƏT-ə sədrlik dövründə əsas prioritetləri regionda həlli uzadılmış münaqişələrin nizamlanması və təşkilat məkanında münaqişələrin qarşısının alınmasına dəstək vermək olacaq.
Sədr dəyişikliyi hər il rotasiya əsasında həyata keçirilir.
Qeyd edək ki, Slovakiyanın ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəal iştirak etmək niyyətində olduğu bildirilib./Report/
www.yenicag.az