!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı TƏLƏB: “İrəvan bunda maraqlı deyil”

!Reklam – Yazi

“Regionda şərtlərin dəyişməsi ümidi ilə İrəvan Bakıya qarşı təsir rıçaqı əldə edə biləcəyi düşüncəsilə yaşayır”.

Bunu Yenicag.az-a açıqlamasında Azərbaycanla Ermənistan arasında imzalanması gözlənilən sülh müqaviləsinin gecikmə səbəblərindən danışan politoloq Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, müqavilə ilə bağlı bir çox məsələlərin həll edildiyi ilə bağlı xəbərlər görməkdəyik:

“Lakin hələ də razılaşdırılması gözlənilən bəzi məsələlər mövcuddur. Bunlardan biri də ATƏT-in Minsk qrupunun de-yure buraxılması şərtidir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyovaya müsahibəsində bununla bağlı məsələyə də toxundu”.

Analitik əlavə edib ki, Prezident ATƏT-in Minsk qrupunun Qarabağ məsələsi həll olunduqdan sonra fəaliyyətsiz qaldığını qeyd etdi və maraqlı sual səsləndirdi:

“Əgər Minsk, Qarabağ məsələsinin həlli üçün yaradılıbsa və hazırda Ermənistan Azərbaycanın ərazi bütövlüyünü Qarabağ da daxil olmaqla tanıyıbsa, bu qrup indi nəyə lazımdır?”

Nəzərə almaq lazımdır ki, Cənubi Qafqazda müxtəlif maraqları olan qüvvələr üçün Minsk qrupunun de-yure mövcudluğu perspektivdə onların “dayaq nöqtəsi” ola bilər. Regionda şərtlərin dəyişməsi ümidi ilə İrəvan Bakıya qarşı təsir rıçaqı əldə edə biləcəyi düşüncəsilə yaşayır. ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı Azərbaycanla birgə addım atmaqda maraqlı olmamalarına da səbəb məhz budur”.

Nəsimi Ələsgərli

www.yenicag.az

121
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv