Moskvada tələbə attraksionda komaya düşüb.
Yenicag.az xəbər verir ki, Rusiyada 18 yaşlı kollec tələbəsi “Arzular adası” parkında dostları ilə əylənirmiş. Onlar ən qorxulu attraksionlardan birinə – “Tunel Uçuşuna” gediblər. Qaranlıq tuneldə oğlan huşunu itirib və dili qatlanıb.
Attraksion dayandıqdan sonra parkın əməkdaşları onu özləri reanimasiya etməyə çalışıblar və təcili yardım çağırıblar.
Oğlan artıq klinik ölüm vəziyyətinə düşüb.
Gələn həkimlər tələbəyə beyin ödemi və qəfil kliniki ölüm diaqnozu qoyublar.
Hazırda həkimlər reanimasiyada onun həyatı üçün mübarizə aparırlar.
Xuraman Etibarlı
www.yenicag.az