!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ATV-ANS davasına MTRŞ-dan sərt reaksiya

!Reklam – Yazi

ans_atv_logo4“ATV telekanalının Azərbaycanın ərazisinə daxil olan gürcülərin tarixi ruhani ocağında çəkdiyi videoçarxda “Teleradio yayımı haqqında” qanunvericiliyin pozulması faktı baş verməyib.
Ümumiyyətlə o videoçarxda müzakirəyə səbəb olacaq, milli-mənəvi dəyərlərə zidd heç nə yoxdur. Və bunu şişirtməyə də lüzum yoxdur”.

Bunu açıqlamasında Milli Televiziya və Radio Şurasının monitorinq şöbəsinin sədri Təvəkkül Dadaşov ANS-lə ATV arasında yaşanan qalmaqala münasibətində bildirib. T. Dadaşov deyib ki, yayımçılar arasında olan münasibətlər onların öz işidir: “Bununla belə, bir kanalın digərini fürsətdən istifadə edərək tənqid etməsi, ona peşəkarlıq dərsi keçməsi və eyni zamanda qarşı tərəfin də buna eyni şəkildə reaksiya verməsi, bütün bunların əsas xəbər buraxılışında edilməsi, istər-istəməz tamaşaçıda, ictimaiyyətdə müəyyən narahatlıq yarda bilər. Bu mənada yayımçılar efirin imkanlarını daha faydalı işlərə sərf etsələr daha yaxşı olardı. Onsuz da tamaşaçı efirdə şou-biznes nümayəndələrinin qalmaqallarından bezib, bu qalmaqallara yenisini – yayımçılar arasında olan qalmaqalları da əlavə etməklə efiri daha da eybəcərləşdirməyə, milli tezlik resursunu səmərəsiz istifadə etməyə lüzum yoxdu”.

Qeyd edək ki, sözügedən videoçarx ATV tərəfindən Azərbaycanın ərazisinə daxil olan gürcülərin tarixi ruhani ocağında çəkilib. Gürcü Patriarx isə bu kadrların yayılmasından narahatlığını ifadə edərək Azərbaycan və Gürcüstan hökumətini məsələni araşdırmağa çağırıb. Məsələyə ANS telekanalı da münasibət açıqlayıb.

ANS televiziyasının münasibətindən sonra ATV telekanalı da adekvat cavab verib: “Əgər siz hər hansı bir vidoçarxda dini motiv axtarırsınızsa, bu, artıq təhqirin “donuz” boyda isbatıdır. Patriarxın narahatlığını nəzərə alıb biz bu videoçarxın nümayişini dayandırdıq. Sapı özümüzdən olan baltalarımız. Bu da hamısı deyil. Sabun köpüyü kimi sensasiya reytinqini qaldırmağa çalışanlar, biz Gürcüstanda dini hissiyyatımız adına döyüşəndə siz döyüşün haranıza yazıldığını unutmuşdunuz”(movqe).

www.yenicag.az

635
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv