!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ATV-nin əməkdaşları bu uşaq üçün səfərbər oldular - Ona kömək lazımdır - Video

!Reklam – Yazi

ATV-nin əməkdaşları həyatı təhlükədə olan balaca Hüseyn üçün ayağa qalxıblar.

Yenicag.az xəbər verir ki, “Azad Azərbaycan” Teleziya şirkətinin bir qrup əməkdaşı 8 yaşlı Hüseyn Fətullayevə dəstək məqsədilə video çarx hazırlayıblar.

Məşhurlar videoçarxda doğulandan bəri uşaq serebral iflici (Serebral Palsy) xəstəliyindən əziyyət çəkən balaca Hüseynə yardım çağırışı ediblər.

Qeyd edək ki, ATV-nin əməkdaşı Bəxtiyar Fətullayevin 8 yaşlı övladı Hüseyn doğulandan bəri ağır xəstədir. O, uşaq serebral iflici (Serebral Palsy) xəstəliyindən əziyyət çəkir. Ailə bu vaxta kimi onun müalicəsi üçün maddi baxımdan əllərində olan nə varsa, hamısını verib. Lakin indi hər şey tükənib. Bir müddət əvvvəl çıxış yolunu xeyirxah insanların mərhəmətində axtaran çarəsiz ata övladının həyatını qurtarmaq məqsədilə maddi yardım üçün müraciət də yaymışdı. Müraciətə səs verənlər çox olsa da, hələ də Hüseynin müalicəsi üçün lazım olan məbləğin yalnız cüzi bir hissəsi yığılıb.

COP29

www.yenicag.az

4786
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv