ATV-nin keçmiş əməkdaşına AzTV-də yüksək vəzifə verildi
Azad Azərbaycan Televiziyasının keçmiş vitse-prezidenti Həsən Abdullayevə AzTV-də vəzifə verilib.
Həsən Abdullayev televiziya layihələri üzrə baş prodüser təyin edilib. Bildirilir ki, kanalın yeni layihələrinin bir çoxu H.Abdullayevə tapşırılıb. Daxil olan digər məlumata görə, Həsən Abdullayev artıq bir neçə aydır ki, bu kanalda fəaliyyət göstərir. Məlumatı AzTV-dəki mənbələr təsdiqləyib.
Məlumat üçün bildirək ki, bu vaxta kimi AzTV-də baş prodüser vəzifəsi olmayıb. Bu post xüsusi olaraq H. Abdullayev üçün yaradılıb. Ona yaxın vaxtlarda kanalda daha yüksək səlahiyyətlər veriləcəyi(aznews).