Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Avinash Sachdev: "Fəxr edirəm ki, Rac Kapurdan sonra Azərbaycana gələn ikinci aktyoram" - FOTOLAR

Bakıda qonaq olan məşhur hind aktyoru Avinash Sachdev-lə Fairmont oteldə media mənsubları ilə görüş keçirilib.

Yenicag.Az xəbər verir ki, aktyor ilk öncə onu Azərbaycana dəvət etdiyinə görə Azərbaycan-Türkiyə evinin sədri Tənzilə Rüstəmxanlıya təşəkkürünü bildirib. O, bütün media işçilərini Ramazan bayramı münasibətilə təbrik edib. Azərbaycanla bağlı təəssüratını bölüşən aktyor səfərindən  qürur hissi keçirtdiyini dilə gətirib:

“Bilirdim ki, Azərbaycan çox maraqlı ölkədir və xoşuma gələcək. Həqiqətən də  Azərbaycan təsəvvürümdəki kimidir. Burda olduğum müddətdə mən Bakıya vuruldum.”

Aktyor çəkildiyi filmlərdəki obrazlarından da danışıb:

“Mən oynadığım rolları ruhən yaşayıram, əgər hər hansı bir qəhrəmanın uğuruna inanıramsa, mütləq o uğura da nail oluram.”

Hindistanın məşhur aktyoru jurnalistlərin suallarına cavab verərkən şəxsi xüsusiyyətlərindən də söz açıb:

“Mən tənbələm, amma işimi sevirəm. Çox istərdim ki, Azərbaycanda da bir filmə çəkilim. Amma bunun üçün mütləq sizin dili öyrənməliyəm.”

Avinash Sachdev yaradıcılıq yeniliklərindən də danışıb:

“Avqustda yeni bir veriliş hazırlayacam. Ümid edirəm ki, pərəstişkarlarımı sevindirə biləcəm.”

Sonda aktyor ürək sözlərini bildirinb:

“Deyilənə görə, mən Rac Kapurdan sonra Azərbaycanda olan ikinci  hind aktyoruyam. Bu, mənim üçün bir şərəfdir. Özümü Azərbaycan-Hindistan dostluğunun zirvəsində hesab edirəm. Bakıda olduğum üçün xoşbəxtəm.”

Tədbirin sonunda xatirə şəkilləri çəkilib. Qeyd edək ki, aktyorun pərəstişkarları ilə imza mərasimi sabah – 28 iyun saat 18.00-da Nizami Kino Mərkəzində keçiriləcək. Giriş pulsuzdur!

Cəvahir

Fotolar – Cəmalə Əlizadə

Yenicag.Az

www.yenicag.az

1019
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS