AVRO-2024: Daha 2 qrupda mübarizəyə yekun vurulacaq

media-hightechnic-468x90

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün daha 4 oyun keçiriləcək.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, C və D qruplarında da mübarizəyə yekun vurulacaq.

Günün ilk matçları D qrupunda olacaq. Fransa millisi Polşanı, Niderland yığması isə Avstriyanı sınağa çəkəcək. Görüşlər Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bu qrupda Polşa seçməsindən başqa, digər 3 komandanın hər birinin 1/8 finala yüksəlmək şansı var.

C qrupunda isə İngiltərə Sloveniya ilə, Serbiya isə Danimarka ilə qarşılaşacaq. Matçlar Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Qrupda hər bir yığmanın pley-off şansı davam edir.

Qeyd edək ki, Avropa çempionatında daha əvvəl Almaniya, İsveçrə, İspaniya və İtaliya seçmələri 1/8 finala vəsiqəni təmin ediblər.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05