AVRO-2024: Türkiyə millisi səfərdə Xorvatiyaya qalib gəldi

media-hightechnic-468x90

Türkiyə millisi AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib.

Yenicag.az xəbər verir ki, D qrupunda mübarizə aparan “ay-ulduzlular” səfərdə Xorvatiya yığması ilə qarşılaşıb. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 30-cu dəqiqədə Barış Alper Yılmaz vurub.

Bu nəticədən sonra xallarını 13-ə çatdıran Türkiyə millisi liderliyə yüksəlib. 10 xalı olan Xorvatiya isə 2-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, qrupun digər oyununda Latviya seçməsi doğma meydanda Ermənistana 2 cavabsız qolla qalib gəlib./Azertag/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600