Avropa Azərbaycan Assosasiyası yarandı
Rəşad Xasayoğlu:”Biz digər təşkilatlara rəqib yox partnyor yarandıq”
Avropadakı diaspora təşkilatları sırasına biri də qoşulmağa hazırlaşır. Bir neçə ildən bəri Avropada aktiv diaspora nümayəndələrimizdən olan və Alman Azərbaycan Mədəniyyət Evinin rəhbəri olan Rəşad Xasayoğlu bu barədə açıqlama verib:
“Bildiyiniz kimi artıq bir ilə yaxındır ki, Alman Azərbaycan Mədəniyyət Evinin rəhbərlərindən biri olaraq fəaliyyətimi davam etdirirəm. Gün keçdikcə, zaman dəyişdikcə insan daha böyük lahiyələrlə işləyib xalqımıza və millətimizə xidmət etməyi düşünür. Artıq uzun zamandır dostlarımızla , Avropanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızla məsləhətləşərək yeni bir lahiyə il bağlı addım atmağı düşünürdük.
Almaniyada işimizi bitmiş hesab etməsək də Avropa məkanında ciddi iş görməyimizə də ehtiyac hesab etdik !
Nəhayət Azərbaycanımızı Avropa məkanında tanıdacaq, Avropa Azərbaycan xalqları arasında dostluğun və qardaşlığın təməllərini möhkəmləndirəcək lahiyə olan Avropa Azərbaycan Assosasiyasının yaradılması ilə bağlı sizə məlumat verməyi özümə borc hesab etdim !
Göydə Uca Tanrının, yerdə sizin kimi bacarıqlı, fədakar, insansever soydaşlarımızın da dəstəyi ilə daha böyük uğurlara imza atacaq , daha böyük zəfərlərə imza atacağıq !
Yeni qurulan təşkilatımız , onun məqsəd məramıları, atacağı addımları ilə bağlı daha geniş məlumatı yaxnlarda sizə bildirəcəyik.
Avropa məkanında fəaliyyət göstərən digər təşkilatlarımızın da təcrübəsindən yararlanaraq iş birliyimizi davam etdirəcəyik. Biz digər təşkilatlara rəqib yox partnyor yarandıq !”