Avropa birinciliyi: İki boksçumuz medalı təmin etdi

media-hightechnic-468x90

Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyində 1/4 final döyüşlərinə start verilib.

media-banner_tkm

Azərbaycan Boks Federasiyasından Yenicag.az-a verilən məlumata görə, mərhələnin ilk günündə millimizin iki idmançısı rinqdən qalib ayrılıb.

İsmayıl Vəliyev (70 kq) italiyalı Françesko di Palmo ilə üz-üzə gəlib. Döyüş boksçumuzun 4:0 (30:27, 29:28, 29:28, 28:28, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb.

Onun uğurunu Səftər Məmmədzadə (90 kq) davam etdirib. Batu Basla (Türkiyə) qarşılaşan təmsilçimiz ikinci raundda tam üstünlüklə qalib gəlib.
Hər iki boksçu yarımfinala yüksəlməklə özləri üçün ən azı bürünc medalı təmin edib.

Qeyd edək ki, 1/4 finalın ikinci günündə Toğrul Quliyev (57 kq), Şahin Aslanov (52 kq), Seydəmir Quliyev (54 kq), Adil Zalov (63 kq), Nicat İmanov (66 kq) və Mədinə Məmmədova (60 kq) yarımfinal üçün mübarizə aparacaqlar.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05