Avropa çempionatı: Beş güləşçimiz mübarizəyə başlayır, üçü final görüşünə çıxacaq

media-hightechnic-468x90

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı davam edir.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu gün Azərbaycanın daha beş təmsilçisi mübarizəyə başlayacaq.

61 kq çəki dərəcəsində İntiqam Vəlizadə təsnifat mərhələsində Taras Markoviçlə (Ukrayna) üz-üzə gələcək.

74 kq-dakı Cəbrayıl Hacıyev təsnifatda Simon Marklla (Avstriya) qarşılaşacaq.

86 kq-dakı Abubakr Abakarov 1/8 finalda Fatih Erdin (Türkiyə) – Ruslan Valiyev (Fransa) cütünün qalibi ilə, 92 kq-dakı Osman Nurmaqomedov 1/4 finalda Filip Finesilver (İsrail) – Recep Haydari (Şimali Makedoniya) duelinin güclüsü ilə görüşəcək.
125 kq-dakı Georgi Meşvildişvili təsnifatda Gennadi Kudinoviçlə (Almaniya) qarşılaşacaq.

Dünən mübarizəyə başlayan beş sərbəst güləşçimiz medal görüşlərinə çıxacaq. 57 kq-dakı Əliabbas Rzazadə qızıl medal uğrunda Süleyman Atlı (Türkiyə) ilə, 70 kq-dakı Hacı Əliyev Ramazan Ramazanovla (Bolqarıstan), 97 kq-dakı Maqomedxan Maqomedov Givi Matçaraşvili (Gürcüstan) ilə üz-üzə gələcək.

65 kq çəki dərəcəsində Əli Rəhimzadə təsəlliverici görüşdə Coşua Finesilverlə, 79 kq-dakı Səbuhi Əmiraslanov bürünc medal qarşılaşmasında Axsarbek Qulayev – Hetik Çabolov cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa çempionatı aprelin 23-də başa çatacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05