“Avropa İttifaqı Putinin qaz təminatını dayandırması təhdidinə qarşı çox qətiyyətli addım atdı” – Fon der Lyayen

media-hightechnic-468x90

Avropa Komissiyasının sədri üzv ölkələrin qaz tələbatının azaldılmasına dair qərarını alqışlayıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Avropa Komissiyasının sədri Fon der Lyayen bu barədə xüsusi bəyanatla çıxış edib.

O, Rusiyanın qaz şantajı fonunda bu addımın çox vacib olduğunu diqqətə çatdırıb:

“Avropa İttifaqı bu gün Putinin qaz təminatını dayandırmaq təhdidi fonunda çox qətiyyətli addım atdı.

Mən Şuranın təbii qaza olan tələbatın azaldılmasına dair əlaqələndirilmiş tədbirlərinin bəyənilməsini qəti şəkildə alqışlayıram”.

Fon der Lyayen bu qərarın çox qısa müddətdə qəbul edilməsini də mübət məqam kimi vurğulayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600