Avropa panikadadır, Rusiya bu bölgəni tam işğal edə bilər

media-hightechnic-468x90

Ukraynadakı münaqişə dramatik və gözlənilməz dönüş alıb. Birləşmiş Ştatlar Ukraynanı dəstəkləməkdən qəfil imtina edir, baxmayaraq ki, əvvəllər Kiyevi “lazım olana qədər” dəstəkləyəcəyinə söz vermişdi.

Yenicag.az xəbər verir ki, bu barədə “İndependent” nəşri yazıb.

“Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampla açıq şəkildə mübahisə etdiyi üçün Avropa panika içindədir. İndiki mərhələdə Vladimir Putinin liderliyi möhkəm saxladığı görünür. Lakin Tramp hazırkı böhranın əsas səbəbi deyil, o, sadəcə olaraq, Ukrayna üçün daha böyük problemi əks etdirir.

Mövcud tendensiyaları nəzərə alsaq, Rusiya ilin sonuna qədər Donbasın qalan hissəsini də ələ keçirə bilər, bunsuz müharibənin başa çatması mümkün deyil.

ABŞ və Rusiya arasında danışıqların münaqişənin həllinə gətirib çıxaracağına zəmanət yoxdur. Bu o deməkdir ki, Rusiya hərbçiləri öz hərbi üstünlüyünü maksimum dərəcədə artırmağa çalışırlar, müharibənin ən qanlı döyüşləri hələ qarşıdadır”, – məqalədə bildirilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600