Avropa Parlamentində Rusiyadan neft məhsullarının alınmaması təklif edildi

media-hightechnic-468x90

Avropa Parlamentinin xarici ticarət və sənaye, elmi tədqiqat və enerji komitələrinin birgə iclasında avropalı deputatlar Rusiyadan Avropa İttifaqına enerji resurslarının idxalının qadağan edilməsi ilə bağlı institutlararası danışıqlara başlamaq üçün səs veriblər.

Yenicag.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin mətbuat açıqlamasında bildirilib.

Məlumata görə, qadağa 2026-cı il yanvarın 1-dən etibarən həm boru kəməri, həm də mayeləşdirilmiş təbii qaza (LNG) şamil ediləcək.

Bundan əlavə, komitə üzvləri gələn il yanvarın 1-dən etibarən Rusiya mənşəli təbii qazın Avropa İttifaqı obyektlərində müvəqqəti saxlanmasını qadağan etməyi təklif edirlər.

Avropa Parlamentində, həmçinin bu qadağalardan yankeçmə imkanlarının aradan qaldırılması üçün tədbirlər görülməsini təklif edilir.

Eyni zamanda, deputatlar Rusiya neftinin, həmçinin Rusiya xammalından istehsal olunan neft məhsullarının idxalını qadağan etməyi təklif edirlər./report

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa