Reklam: High Technic
hightechnic

Avropada banklar birləşir? - UBS bəyanat yaydı

Avropada böyük banklar yaxın gələcəkdə birləşə bilər.

Yenicag.az xəbər verir ki, belə bir proqnozla İsveçrənin UBS bankı çıxış edib. UBS-nin tədqiqatına əsasən, xüsusilə, Almaniya və Avstriyada bankların sayı çox olduğu üçün birləşmələr labüd olacaq.

Bəyanatda bildirilir ki, “Avropa Mərkəzi Bankı”nın (ECB) pul siyasətini sərtləşdirməsi halında bir çox Avropa banklarının tək başına mövcudluğunu qoruması çətinləşəcək.

“ECB artan faiz dərəcəsi siyasətini davam etdirərsə, bu, bankların kapital gəlirlərinin 25 faiz azalmasına, bankların kreditləşmədə rəqabətə məruz qalmasına və onların informasiya texnologiyaları investisiyalarının artırılmasına ehtiyac yaranacaq” – deyə UBS bankın hesabatında qeyd olunub.

Qeyd edək ki, Almaniyada 1600 bank fəaliyyət göstərərkən, Fransa və İngiltərədə 400 bank var.

www.yenicag.az

588