Avrozonada rekord illik İNFLYASİYA: Son 23 ildə ən yüksək göstərici qeydə alındı

media-hightechnic-468x90

Avropa İttifaqı (Aİ) ölkələrində inflyasiyanın artması tendensiyası iyulda da davam edib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumat Aİ-nin Statistika İdarəsi tərəfindən açıqlanıb.

Məlumata əsasən, ötən ay Aİ-nin avro zonasına daxil olan 19 ölkəsində istehlak qiymətləri iyunla müqayisədə 0,1 faiz, illik nisbətdə isə 8,9 faiz artıb.

Bildirilir ki, bu, Aİ-də 1999-cu ildən sonra qeydə alınan ən yüksək inflyasiya göstəricisidir.

Hesabata görə, Aİ-də elektrik enerjisi 4,02, alkoqol və tütün məhsulları isə 2,08 faiz bahalaşıb.

Xatırladılır ki, Avropa Mərkəzi Bankının inflyasiya üçün hədəf göstəricisi 2 faiz həddində müəyyənləşsə də, bu proqnoz özünü doğrultmayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600