!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avtomobillə vurulan piyada evində öldü

!Reklam – Yazi

Göygöldə bir neçə gün qabaq avtomobillə vurulan piyada evində ölüb.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Azay Kazımov küçəsində qeydə alınıb. Rayon sakini Vüsal Məmmədov idarə etdiyi “VAZ 2124” markalı avtomobillə yolu keçən, 1947-ci il təvəllüdlü Vaqif Kazımovu vurub. Qəzadan sonra sürücü piyadanı xəstəxanaya aparmaq istəsə də V. Kazımov bundan imtina edib. Piyada xəsarətinin ciddi olmadığını bildirərək sürücüdən onu evinə aparmasını istəyib.

V. Kazımov iki gün sonra evində ölüb.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

www.yenicag.az

1049
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv