AXCP iqtidar-müxalifət dialoquna qatılmayacaq

media-hightechnic-468x90

axcplogoesasAzərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) mayın 15-də keçiriləcək iqtidar-müxalifət görüşünə qatılmayacaq.

Partiya bu barədə bəyanat yayıb. Bəyanatda bildirilir ki, iqtidarla müxalifət arasında keçiriləcək növbəti görüşdə iştirakla bağlı Azərbaycan Prezidenti Administrasiyasından göndərilən dəvəti müzakirə edilib. Müzakirələrin yekununda görüşə qatılmamaqla bağlı qərar qəbul edilib.

Xatırladaq ki, iqtidarla müxalifətin sonuncu görüşü fevralın 12-də keçirilib. Görüşdə 17 siyasi partiyanın rəhbəri iştirak edib. Növbəti görüş mayın 15-də olacaq(aznews).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600