Ötən ildən axtarışda olan şəxs saxlanılıb.
Yenicag.az xəbər verir ki, İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Cinayət Məcəlləsinin 178.2.1 (Dələduzluq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə axtarışda olan Salyan rayonu Yolüstü kənd sakini Türkel Ağarzalı saxlanılıb.
O, İsmayıllı RPŞ-yə gətirilib və istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
www.yenicag.az