AY Partiya: Ədliyyə Nazirliyi qeydiyyatla bağlı sənədləri heç bir əsas olmadan 2-ci dəfə geri qaytarıb

media-hightechnic-468x90

“Ədliyyə Nazirliyi Azərbaycan Yüksəliş Partiyasının dövlət qeydiyyatına alınmaqla bağlı təqdim etdiyi sənədləri 2-ci dəfə heç bir ciddi əsas olmadan geri qaytarıb”.

Bunu Azərbaycan Yüksəliş Partiyası Başqanının I müavini – İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov bildirib.

Onun sözlərinə görə, üstəlik, qeydiyyatdan imtina ilə bağlı bildirişlər qanunvericilikdə nəzərdə tutulmuş müddətdən sonra göndərilib:

“Hesab edirik ki, Ədliyyə Nazirliyinin bu addımı Azərbaycan hakimiyyətinin son zamanlar siyasi partiyalarla yeni münasibətlər sisteminin formalaşdırılması, dialoqların qurulması istiqamətində yürütdüyü siyasətə tam ziddir.

Ümid edirik ki, Azərbaycan hakimiyyəti məsələyə münasibət bildirəcək, partiyalarla əlaqələrin normallaşması prosesində siyasi qüvvələrə münasibətdə heç bir fərq qoymadığını təsdiqləyəcək”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600