Bakıya tarixi SƏFƏR: Vensin Bakı səfəri nələri dəyişəcəy? — DEPUTATDAN AÇIQLAMA

media-hightechnic-468x90

“Səfər çərçivəsində Zəngəzur dəhlizinin açılması ilə bağlı mühüm məsələlərin müzakirə olunacağı gözlənilir”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov deyib.

media-vuqar_iskenderov_160623-1

O, ABŞ Vitse-prezidenti Ceyms Vensin Bakıya planlanan səfərinin mümkün müsbət nəticələrindən danışıb.

Deputat bildirib ki, Vensin Azərbaycana səfəri tarixi hadisə kimi qiymətləndirilə bilər.

“ABŞ administrasiyası Prezident Donald Trampın rəhbərliyi ilə yeni xarici siyasət kursu formalaşdırır. Bir çox ölkələrlə münasibətlərə yenidən baxılması artıq aydın şəkildə müşahidə olunur. O cümlədən, Trampın hakimiyyətə gəlişi ilə Azərbaycan–ABŞ münasibətləri də yeni mərhələyə qədəm qoyur.

Demokrat administrasiyanın, yəni Baydenin yürütdüyü siyasət Azərbaycanla münasibətlərə və əlaqələrə ciddi zərər vurmuşdu. Mövcud hakimiyyətin isə həm Azərbaycana, həm də bütövlükdə Cənubi Qafqaza marağı getdikcə artmaqdadır. Xüsusilə regionun lider ölkəsi olan Azərbaycanla münasibətlərin yüksələn xətlə inkişaf etməsi artıq müşahidə olunur. Bu da strateji əlaqələrin müsbət dinamikasını və yaxın gələcəkdə mühüm sazişlərin imzalanmasının real olduğunu göstərir.

Vensin Azərbaycana səfəri iki ölkə arasında strateji münasibətlərə yeni çalarlar qatacaq. Səfər çərçivəsində Zəngəzur dəhlizinin açılması ilə bağlı mühüm məsələlərin müzakirə olunacağı gözlənilir. Burada bütün detallar ətraflı şəkildə nəzərdən keçiriləcək.

Digər tərəfdən, Azərbaycan–ABŞ strateji əlaqələrinin yüksəlməsi fonunda mühüm qərarların qəbul ediləcəyi istisna edilmir. ABŞ artıq aydın şəkildə anlayır ki, Azərbaycan təkcə Cənubi Qafqazın lider dövləti deyil, eyni zamanda qlobal siyasətdə özünəməxsus mövqeyi olan mühüm aktordur. Bu gün Azərbaycan yalnız region üçün deyil, dünya miqyasında da vacib və etibarlı tərəfdaş kimi qəbul olunur.

Səfərin Azərbaycan-ABŞ münasibətlərinin yalnız siyasi deyil, ticari-iqtisadi sahələri də əhatə edəcəyi gözlənilir. Azərbaycan supergüc olan ABŞ ilə münasibətlərində daim səmimilik nümayiş etdirib və əlaqələrin ən yüksək səviyyəyə yüksəlməsində maraqlı olub. Qarşılıqlı şəkildə Tramp da dəfələrlə Azərbaycana yüksək münasibət bəslədiyini ifadə edib.

Bu səfər fonunda indiyədək həm Ağ Evdə, həm də ABŞ Konqresində Azərbaycana qarşı mövcud olan qərəzli yanaşmaların ciddi şəkildə dəyişəcəyi gözlənilir.

Ümumilikdə Vensin səfəri iki ölkə arasında müsbət proseslərin başlandığının göstəricisidir. Qarşılıqlı səfərlər və imzalanacaq sənədlər deməyə əsas verir ki, Azərbaycan və ABŞ gələcəkdə münasibətlərini ən yüksək səviyyədə inkişaf etdirməkdə maraqlıdır”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa