Ayaz Quliyev Azərbaycanın iki klubundan təklif aldı

media-hightechnic-468x90

Rusiyanın “Ximki” klubunun futbolçusu Ayaz Quliyev Azərbaycanın iki klubundan təklif alıb.

Yenicag.az xəbər verir ki, bu barədə “legalbet.ru” saytı məlumat yayıb.

Bildirilib ki, Premyer Liqa təmsilçiləri “Neftçi” və “Sabah” 27 yaşlı yarımmüdafiəçi uğrunda mübarizə aparırlar. Xüsusən də, birincilərin keçidə daha yaxın olduğu vurğulanıb.

Qeyd edək ki, Ayaz Quliyevin “Ximki” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa