Ayaz Quliyev “Sabah” klubuna keçdi

media-hightechnic-468x90

Ayaz Quliyevin “Sabah” klubuna keçidi rəsmiləşib.

Yenicag.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Rusiyanın “Ximki” klubundan transfer edilib.

Ayaz Quliyevlə 3 illik müqavilə imzalanıb. O, “Sabah”da 8 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Moskva “Spartak”ının yetirməsi olan Quliyev karyerası ərzində bu klubun əvəzedici və əsas komandasında (2013-2017, 2018-2020), həmçinin Rusiyanın “Anji” (2017-2018), “Rostov” (2018), “Arsenal” (Tula, 2021/22) və “Ximki” (2022-2023) komandalarında çıxış edib. Rusiyanın aşağı yaş qruplarından ibarət millilərinin üzvü olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600