Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Aybəniz Haşımova şəhid həyat yoldaşını belə təbrik etdi - FOTO

Əməkdar artist Aybəniz Haşımova üçün kədərli gündür.

Yenicag.az xəbər verir ki, bu gün müğənninin şəhidlik zirvəsinə yüksələn həyat yoldaşının doğum günüdür.

Sənətçi sosial şəbəkədə onun məzarından foto paylaşaraq, təbrik edib:

“Bu gün doğum günündür ay yaraşıqlı oğlan… Xəbərin varmı, 57 yaşın oldu?! Hər oğulun işi deyil haa, bu yaşa qədər belə gənc qala, bundan da, xəbərin varmı?! Ayrı nə deyim ki, ürəyim soyuya ay qaməti qamət, yerişi, duruşu, qəlbi şuşə kimi təmiz, dost, əsl dost.

Yara yar, ailəyə, millətə əsl oğul olanım, 100 -lərlə düşmənin belin qıran igidim. Bunlardan da, xəbərin varmı?! Nə isə, onsuz da ürəyim boşalmaycaq. Sözüm elə, burda bitsə, yaxşıdır. Bircə sonda bunu deyəcəm – nə yaxşı ki, varıymışsan, nə yaxşı ki, doğulmusan! Doğum günün mübarək, Aynişınımızın atası, qəhrəman XALİD!!!”

Qeyd edək ki, Quliyev Xalid 1992-ci ildə torpaqlarımız uğrunda gedən döyüşlərdə şəhid olub.

Nehru

www.yenicag.az

4284
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100