Aydın Bəşirovun əmisi oğlu işdən çıxarıldı

media-hightechnic-468x90

uilAzərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Rasim Bəşirov tutduğu vəzifədən azad olunub.

Bu barədə  mötəbər mənbədən məlumat daxil olub.

Məlumata görə, hazırda R.Bəşirov akademiyada rektor kimi deyil, müəllim kimi fəaliyyət göstərir.

Bundan əlavə, Azərbaycan Dövlət Dəniz Akademiyasında yoxlamalar da aparılıb.

Sayt sözügedən məsələ ilə əlaqədar Rasim Bəşirovla əlaqə saxlayıb. R.Bəşirov rektorluqdan uzaqlaşdırılmasını təsdiqləyib.

Qeyd edək ki, Rasim Bəşirov prezidentin sərəncamı ilə ləğv olunan Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirovun əmisi oğludur.

Onu da bildirək ki, R.Bəşirov akademiyada rektorluqdan əvvəl Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa