“Hansısa tədbir və ya verilişdə məqamında obrazlı ifadə edilən fikri məkan və kontekstdən çıxaranda bəzilərinin lüt şəkili qədər eybəcər görsənir…”
Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış kultroloq Aydın Xan Əbilov ötən həftə söylədiyi “Anamın 76 yaşı var. Atam 10 ildir rəhəmət gedib. Böyük məmnuniyyətlə istəyərdim ki, anam yenidən ailə qursun” fikrini tənqid edənlərə cavab olaraq deyib.
Aydın Xanın həmin adamlara reaksiyası sərt olub:
“Rəsmi tədbirlərdən birində olanda bir tanış yaxınlaşıb dedi ki, Xan, buradakı 300 nəfərin 299-u sənin ananı ərə verməyindən danışır. Gülümsədim, izah etmədim ki, hansısa tədbir, ya verilişdə məqamında obrazlı ifadə etdiyim fikri məkan və kontekstdən çıxaranda bəzilərinin lüt şəkili qədər eybəcər görsənir. Bunun əvəzinə belə söylədim: “Əksinə, yeganə şəxs mənəm ki, o barədə danışmıram. 299 nəfər, yəqin, anasına ər axtarır, sadəcə mənim söylədiklərimi bəhanə gətirib özlərini sığortalayırlar…”
Cəvahir
www.yenicag.az