“Aygünə görə tanınmısan”, - deyən Tolikə Anardan CAVAB - QALMAQAL BÖYÜDÜ

media-hightechnic-468x90

Xalq artsiti Aygün Kazımova ilə stilist Anar Ağakişiyev arasında yaranan qalmaqal böyüyür. Tanınmış prodüser və aparıcı Tolik pop divanı təhqir etdiyinə görə sosial şəbəkə hesabında Anarı qınayıb.

Yenicag.az xəbər verir ki, Tolik Anara “Sənin tanınmağın Aygün Kazımovaya görə olub” deyə ismarış yollayıb.

Qarşı tərəf də susmayaraq Tolikə cavab verib:

“Canım dostum, dar günümün dostu. Mənim tanınmağım əziyyətlərim və fitri istedadımın, Allahdan mənə verilən istedadın sayəsində olub. Bir balaca sənə düzəliş verim, əgər mən istedadsız olsaydım, məni heç Beyons belə tanıtdıra bilməzdi. Həmin xanım sadəcə vasitəçi olub. Bu da ona imkan vermir ki, məni təhqir etsin. Bəlkə də mənim şansım, şöhrətim, ölkədən xaricdə tanınmağım onu narahat edirsə, bu, başqa məsələ”.

Qeyd edək ki, Anar Ağakişiyev Aygün Kazımovanı “qoca transa oxşayır” sözləri ilə təhqir edib.

Nehru

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600