Aygünlə Sabir ayrıldı?

media-hightechnic-468x90

dsfsdgBir müddət öncə nişanlanan gənc ifaçılar Sabir Əhmədov və Aygün Rəhimova arasında soyuq küləklər əsir.

Sənətçilərin son günlər İnstaqram hesablarında bir-birinə aid fotolar və şərhləri silməsi hər kəsin diqqətini çəkib.

Bununla bağlı Aygün Rəhimova deyib ki, şəxsi səhifəsindən Sabirlə olan şəkilləri silməsi doğrudur və bunu özü istəyib:

“Əgər ayrılsaq, bunu mediadan gizlətməyəcəyəm. Açıq-aşkar hər şeyi elan edəcəyəm. Onu da deyim ki, “Adam içində” verilişində mənə təqdim edilən məktub münasibətimizə heç bir təsir etmədi”.

Müxbirimizlə söhbətində Sabir də öz fikrini bildirib. O deyib ki, bu haqda Aygünün danışması daha yaxşı olar:

“Münasibətlərdə küsmək də olur, incimək də. Amma bu o demək deyil ki, biz ayrılmışıq. Əgər ayrılsaq, gizlətmərəm. Yaxşı olardı ki, bu məsələyə Aygün özü münasibət bildirsin. Mənim danışmağım düzgün çıxmaz”.

Xatırladaq ki, bir müddət öncə ANS telekanalının “Adam içində” verilişinə Sabirlə bağlı məktub göndərilib. Aparıcı Elgiz Əkbər məktubu Aysel adlı xanımın yazdığını bildirib. Verilişdə Sabirin ilk həyat yoldaşı ilə var-dövlətə görə evləndiyi iddia olunub. Daha sonra aparıcı E.Əkbər məktubu Aygünə təqdim edib.

axşam.az

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600