WUF13 ilə əlaqədar dəyişiklik edilən MARŞRUTLARIN FƏALİYYƏTİ BƏRPA EDİLİR
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 28 marşrutun əvvəlki sxemi üzrə, eləcə də müvəqqəti dayandırılan 4 ekspres marşrutun fəaliyyətini bərpa edir.
Bu barədə Yenicag.az-a AYNA-dan məlumat verilib.
Bildirilib ki, mayın 23-dən 15, 18, 31, 32, 60, 70, 71, 107, 107A, 118A, 118B, 125, 131, 133, 148, 162, 166, 168, 169, 173A, 173B, 197, 198, 199, 204, 214, 214A, M8 nömrəli marşrutların hərəkət sxemləri və müvəqqəti dayandırılan 120E, 121E, 140E, E1 nömrəli marşrutların fəaliyyəti bərpa olunacaq.













