Aysun İsmayılova efirlərlə vidalaşdı: “Anama görə çıxırdım...”
“Bir müddət efirlərə çıxmayacağam”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Aysun İsmayılova deyib.
O, fəaliyyətində fasilə verərək bir müddət verilişlərdə görünməyəcəyi barədə qərarını belə açıqlayıb:
“Bir müddət efirlərə çıxmayacağam. Artıq efirlərə nöqtə qoydum. Mən, əslində, tez-tez efirə çıxan adam da deyiləm. Anamı dəvət edirlər, anam tək qalmasın deyə, mən də onunla bərabər çıxırdım. Bundan sonra yalnız yeniliklərim olanda efirə çıxacağam. İstəmirəm tamaşaçılar məndən bezsin, yorulsun”.
Nehru













