Azәrbaycanlı futbolçu ermәninin klubuna keçdi

media-hightechnic-468x90

Azərbaycanlı Ayaz Quliyev “Spartak”dan ayrılıb.

Yeniçağ.az Fanat.az-a istinadən xəbər verir ki, AFFA-nın milliyə cəlb etmək istədiyi futbolçu Moskva komandasının əsas heyətiylə hazırlıq keçsə də, təlim-məşq toplanışının ardından “Anji”ylə razılaşıb.

20 yaşlı Quliyevin Mahaçqala klubuna keçidi rəsmən açıqlanmasa da, informasiya tezliklə əksini tapacaq.

2014-cü ildən “Spartak”ın ikinci komandasında olan yarımmüdafiəçi bu mövsüm 17 matça çıxıb, qol vurmayıb, 5 sarı vərəqə alıb.

Qeyd edək ki, “Anji”yə erməni Aleksandr Qriqoryan baş məşqçilik edir.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa