!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azad Rəhimov İƏT-in iclasında iştirak etdi

!Reklam – Yazi

İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Gənclər və İdman nazirlərinin 4-cü Konfransının sədri, Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov Banqladeşin paytaxtı Dəkkənin İƏT ölkələrinin Gənclər paytaxtı elan edilməsi ilə bağlı keçirilən iclasının açılış mərasimində çıxış edib.

Yenicag.az xəbər verir ki, nazirliyin mətbuat katibi Səmayə Məmmədovanın verdiyi məlumata görə, A.Rəhimov bildirib ki, bu proqramın tolerantlıq, gənclərin inkişafı, onların dünyada baş verən dinamik dəyişiklikləri izləyib, daha yaradıcı və intellektual olmaları üçün xüsusi yeri var.

Dəkkəni gənclər paytaxtı seçilməsi münasibəti ilə təbrik edən nazirin Azərbaycan hökumətinin İƏT Gnclər Forumuna daim öz dəstəyini göstərdiyini və göstərməkdə davam etdiyini vurğulayıb. O, gənclərin sağlam və parlaq gələcəyinin ölkəmiz üçün prioritet istiqamət olduğunu diqqətə çatdırıb.

“İƏT Gənclər Forumunun əsası 2004-cü ildə Bakıda təşkil olunmuş Baş Assambleyanın iclası ilə qoyulub. Bununla yanaşı, 2010-cu ildən başlayaraq, ölkəmiz İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzinin iclasına də ev sahibliyi edir. 2019-cu ilin fevral ayından Bakının sədrliyi ilə keçirilən Gənclər və İdman nazirlərinin daimi iclası da dediklərimə əyani sübutdur” deyən A.Rəhimov İƏT Gənclər paytaxtı proqramının əhəmiyyətindən, onun gənclərin inkişafı istiqamətində həyata keçirəcəyi işlərdən və qarşıda gerçəkləşdirilməsi nəzərdə tutulan addımlardan danışıb.

Qeyd edək ki, iclasda Banqaldeşin baş naziri Şeyx Hasina, İƏT-in baş katibi Yusif bin Ahmad Al- Oteym, Banqladeşin Gənclər və İdman naziri Zahid Ahsan Russel, Banqladeşin Xarici İşlər naziri Abdul Momen, Qambiyanın Ədliyyə naziri Daşda A Jallov, İƏT Gənclər Forumunun prezidenti Taha Ayhan və digər rəsmilər də iştirak edib.

COP29

www.yenicag.az

875
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv