Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin fəaliyyətində maliyyə nöqsanları aşkarlanıb.
Yenicag.az xəbər verir ki, bu, Azərbaycan Hesablama Palatasının 2017-ci il üzrə fəaliyyəti barədə hesabatda əks olunub.
Ötən il aparılan yoxlamalar nəticəsində aşkar olunub ki, nazirlikdə əməkhaqqının ödənilməsi üzrə 10 433,6, ezamiyyə xərcləri üzrə 49,6, satınalmalar üzrə 13 475, tədbirlərin keçirilməsi üzrə 48 379,7, digər xərclər üzrə 35 696,6 və vergi, rüsum, və s. ödəmələr üzrə 323,6 olmaqla, ümumilikdə 108 358,1 manat maliyyə yayınması faktı aşkarlanıb.
Qeyd edək ki, maliyyə nöqsanları təkcə, Azad Rəhimovun rəhbərlik etdiyi nazirlikdə deyil, kuratoru olduğu və qudası Niyazi Bayramovun rəhbərlik etdiyi Mingəçevir rayonunda da aşkarlanıb. Bu barədə Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti üzrə hesabatında bildirilir: “Ötən il aparılan yoxlamalar nəticəsində Mingəçevir şəhər İcra Hakimiyyətində tikinti xərcləri üzrə 13339,9, satınalmalar üzrə 5933, digər xərclər üzrə 126344,2 olmaqla, ümumilikdə 145617,1 manat maliyyə yayınması halı aşkarlanıb”.
Yoxlamalar nəticəsində vəsait dövlət büdcəsinə bərpa etdirilib.
www.yenicag.az