Azadinform İnformasiya Agentliyinin yaranmasının 18 ili tamam olur – ARAYIŞ

media-hightechnic-468x90

Bu gün Azadinform İnformasiya Agentliyinin yaranmasının 18 ili tamam olur. İA-nın yaradılmasında məqsəd beynəlxalq aləmdə, regionda, xüsusən də respublikamızda baş verən ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni hadisələri operativ, qərəzsiz və obyektiv şəkildə ictimaiyyətə çatdırmaqdan ibarətdir.

media-banner_tkm

AZADİNFORM İnformasiya Agentliyi Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir.

AZADİNFORM İnformasiya Agentliyinin xəbərləri həm Azərbaycan, həm rus, həm də ingilis dillərində e-poçt vasitəsilə Azərbaycanda fəaliyyət göstərən KİV-lərə (bura əyalət mətbuatı da daxildir), hökumət və qeyri-hökumət təşkilatlarına, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinə, Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə, beynəlxalq təşkilatların Bakı nümayəndəliklərinə göndərilir.
AZADİNFORM İnformasiya Agentliyinin abunəçiləri arasında dövlət və qeyri-hökumət təşkilatları ilə yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən xarici və yerli özəl şirkətlər də var.

AZADİNFORM İnformasiya Agentliyinin xəbərləri ölkə KİV-lərinə təmənnasız göndərilir.

AZADİNFORM İnformasiya Agentliyinin Naxçıvan MR-da (Naxçıvan şəhər), Lənkəran, Cəlilabad, İmişli, Gəncə, Göyçay, Qax, Quba şəhər və rayonlarında müxbir postları var. Yaxın perspektivdə bütün ölkənin əhatə olunması üçün müxbir postlarının sayı 25-ə çatdırılacaq.

AZADİNFORM İnformasiya Agentliyinin http://www.azadinform.az, http://www.en.azadinform.az və http://ru.azadinform.az internet səhifəsi on-line sistemində işləyir.

 

Yenicag.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05