!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azarkeş səhvinə görə CƏRİMƏLƏNƏN KLUBLAR: Hansı cəzalar tətbiq olunur?

!Reklam – Yazi

Son günlər Azərbaycan Peşəkar Futbol Liqasında çıxış edən klubların AFFA İntizam Komitəsi tərəfindən müxtəlif səbəblərə görə (oyunlar zamanı azarkeşlərin stadiona kənar əşyalar atması və s.) müəyyən məbləğlərdə cəzalandırılmasını müşahidə etmək mümkündür. Bəs niyə görə hər hansı azarkeşin etdiyi səhvə görə klub cərimə ödəyir?

Mövzu ilə bağlı Yenicag.az-a danışan idman jurnalisti Natiq Muxtarlı deyib ki, bu cərimələrin tətbiq olunması bütün dünyada belədir:

“Bu, ümumi qaydadır, Bu cərimələrin tətbiq olunması bütün dünyada belədir. Komandalar azarkeşlərinin etdiyi hərəkətlərinə görə məsuliyyət daşıyırlar. Elə UEFA da Bakıda keçirilən avrokubok oyunlarında azarkeşlərin tərətdikləri hər hansı insidentə görə klublarımızı dəfələrlə cərimələyib, o cümlədən “Qarabağ”ı da. Düzdür, insidenti törədən azarkeşin özü də cəzaya məruz qalır. Lakin klub da cərimə ödəməli olur. Avropada belə azarkeşlərin şəxsiyyəti müəyyən edilir, onların stadionlara girişinə qadağa qoyulur. Yəni bu məsələdə AFFA-nı qınamağa lüzum yoxdur. Azarkeşlər sevinməli, komandalarını dəstəkləməli, amma təhlükə yaradacaq davranışlara yol verməməlidirlər”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

291
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv