Azər Həsrət: "Prezident İlham Əliyevin mətbuata qayğısı danılmazdır" - VİDEO
Mediamızın bu həddə gəlib çatmasında dövlətin və Prezident İlham Əliyevin qayğısı danılmazdır.
Bunu Yenicag.az-a videomüsahibəsində media eksperti, tanınmış jurnalist Azər Həsrət deyib.
O, Prezident İlham Əliyevin Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi ilə bağlı imzaladığı Sərəncam barədə fikirlərini səsləndirib.
Azər Həsrət bildirib ki, Prezident İlham Əliyev şəxsən Azərbaycan mətbuatına hər zaman diqqət və qayğı ilə yanaşıb.
“Ona qədər Ulu Öndər Heydər Əliyevin də mətbuata münasibətini şəxsən yaşamış bir insanam. Vaxtilə bizi qəbul edir, dərdlərimizi eşidir və dövlətin əlavə dəstəyinə sərəncam verirdi. Prezident İlham Əliyev də bütün fəaliyyəti dövründə Azərbaycan mətbuatının daha möhkəm ayaqlar üzərində dura bilməsi üçün əlindən gələni edib,” deyə o bildirib.
Ətraflı videomüsahibədə:
Nəsimi Ələsgərli
Samir Məcidov