Azərbaycan 14 məhbusu İrana təhvil verdi
Azərbaycan həbsxanalarında cəza çəkən.
İranın Azərbaycandakı səfirliyinin konsulu Seyid Möhsün Molayi açıqlamasında deyib ki, təhvil aprelin 6-da Astara sərhəd-keçid məntəqəsində həyata keçirilib: “Bu məhbuslar narkotik maddələrlə bağlı ittihamlarla həbs edilərək azadlıqdan məhrum olunublar. Onlar həbs cəzalarının qalan hissəsini İran həbsxanalarında çəkəcəklər.Martın sonunda 11 iranlı məhbus Azərbaycandan İrana təhvil verilib, İran həbsxanalarında cəza çəkən 2 azərbaycanlı isə Azərbaycana transfer olunub. Azərbaycan həbsxanalarında cəza çəkən daha 9 məhbusun tezliklə İrana təhvil verilməsi müvafiq qurumlarla razılaşdırılıb.Hazırda Azərbaycan həbsxanalarında təxminən 200-ə yaxın İran vətəndaşı cəza çəkir. Onların çoxu narkotik maddələrin alğı-satqısı və daşınması ittihamı ilə həbs olunub”(azadlıq radiosu).