!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan-ABŞ arasında dini məsələlər üzrə əməkdaşlıq əlaqələrinə dair fikir mübadiləsi aparıldı

!Reklam – Yazi

Fevralın 27-də Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının Beynəlxalq Dini Azadlıq Komissiyasının (BDAK) nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin Mətbuat xidməti idarəsindən Yenicag.az-a bildirilib ki, Komissiyanın sədri Stefen Şnekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərində humanitar sahənin komponenti kimi dini məsələlər üzrə iki ölkə arasında əməkdaşlıq əlaqələrinə, o cümlədən dövrümüzdə qarşılıqlı hörmət əsasında və dinc birlikdə yaşamaq praktikasının inkişaf etdirilməsində multikulturalizm və dini dözümlülük kimi dəyərlərin əhəmiyyətinə dair fikir mübadiləsi aparılıb.

BDAK-nin sədri müvəkkil S.Şnek səfərin ötən bir il ərzində Azərbaycanda dini məsələlərin tənzimlənməsində əldə olunmuş təcrübə ilə bilavasitə tanış olmaq üçün həyata keçirildiyini bildirib. O, bu məqsədlə səfər çərçivəsində Azərbaycanda bir sıra aidiyyəti dövlət qurumlarının nümayəndələri və müxtəlif dini icmaların təmsilçiləri ilə görüşlərin nəzərdə tutulduğunu qeyd edib.

Nazir müavini E.Məmmədov Azərbaycanda tarixən mövcud olan köklü və nümunəvi multikulturalizm və dini dözümlülük ənənələrinin bu gün beynəlxalq miqyasda ən ali səviyyələrdə təqdir olunduğunu bildirərək, ölkəmizin bu istiqamətdə hər zaman qarşılıqlı təcrübə mübadiləsində maraqlı olduğunu vurğulayıb.

Azərbaycanın tarixi inkişaf xüsusiyyətlərinin, habelə coğrafi mövqeyinin və zəngin demoqrafik tərkibinin ölkəmizdəki milli, etnik və dini müstəvilərdə dözümlülük mədəniyyətinin formalaşmasında mühüm rol oynadığını nəzərə çatdırıb. Bu xüsusda nazir müavini BDAK tərəfindən dərc olunan illik hesabatlarda Azərbaycanda yaşayan müxtəlif dini etiqad daşıyıcıları arasında mövcud olan harmoniya və dinc birgə yaşayış təcrübəsinin obyektiv yanaşma və narrativlərlə əks olunmasının əhəmiyyətini qeyd edib. Eləcə də Azərbaycanda bu nümunəvi mühitin mütərəqqi məzmunda inkişafı üçün davam etdirilən məqsədyönlü dövlət dəstəyi siyasətinin vacibliyindən bəhs edib.

Həmçinin E.Məmmədov bu kimi hesabatlarda məsələləri konkret faktlar əsasında öyrənmə və tədqiq etmə metodologiyasının önəm kəsb etdiyini vurğulayaraq, Azərbaycan torpaqlarının uzun illər Ermənistan tərəfindən işğalı dövründə dini abidələrimizə qarşı törədilmiş zorakılıq və digər müxtəlif vandalizm növlərinin də BDAK nəşrlərində ətraflı şəkildə əks olunmasının gözlənildiyini qeyd edib, belə qeyri-insani hərəkətlərin təkcə Azərbaycan xalqının deyil, bu məsələlərə həssas yanaşan bütün cəmiyyətlərin dini-mənəvi dəyərlərinə ağır zərbə vurduğunu nəzərə çatdırıb.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

www.yenicag.az

69
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv