Azərbaycan avarçəkəni dünya ikincisi oldu

media-hightechnic-468x90

Avarçəkmə üzrə Azərbaycan yığma komandasının üzvü Diana Dımçenko İtaliyanın Barletta şəhərində keçirilən sahil avarçəkməsi üzrə dünya çempionatında uğurlu nəticə göstərib.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından Yenicag.az-a verilən məlumata görə, o, təsnifat mərhələsində finişə birinci çatıb. İdmançımız 4000 metr məsafəni 20:11,72 dəqiqəyə qət edib. O, təsnifat mərhələsində ikinci olan Finlandiya təmsilçisi Eva Karppineni 10 saniyə qabaqlayıb. (20:21,43). Bu nəticə ilə Diana əsas A finalına vəsiqə qazanıb.

Final yürüşündə idmançılar 6000 metr məsafəyə yarışıblar. Diana Dımçenko bu məsafəni 32:20,94 dəqiqəyə başa vurub. İdmançımız fransalı Cessika Berranı (32.33,92) 13 saniyə fərqlə geridə qoyaraq dünya çempionatının gümüş medalına sahib olub. Diana yalnız irlandiyalı Monika Dukarskadan geri qalıb (32:09,17).
Xatırladaq ki, D.Dımçenko 2022-ci ildə Uelsdə təşkil olunan sahil avarçəkməsi üzrə Dünya çempionatında da 2-ci yer tutub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600