!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycan Avropa İttifaqı ilə assosiativ üzvlük yox, ikitərəfli saziş imzalayacaq” - Politoloq

!Reklam – Yazi

“Bakı ilə Brüssel arasında münasibətlərin gərginliyi haqqında iddiaların əsası yoxdur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında ikitərəfli sazişin hazırlanmasına münasibət bildirən politoloq Qabil Hüseynli deyib.

Qabil Hüseynlinin sözlərinə görə, üzərində iş gedən sazişdə əks olunan əməkdaşlıq istiqamətləri kifayət qədər aktualdır:
“Öncə bir məqama toxunmaq istərdim ki, Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində gərginliyin mövcudluğu haqda ara-sıra irəli sürülən iddiaların əsası yoxdur. Prezidentin bir müddət əvvəl Avropa İttifaqının paytaxtı Brüsselə, bu həftənin ilk günlərində isə Xorvatiyaya səfəri və aparılan müzakirələr də göstərdi ki, münasibətlər kifayət qədər normaldır.

Bildiyiniz kimi, prezidentin Brüsselə iyulda həyata keçirilmiş səfəri çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın əsas prioritetlərinə dair saziş imzalandı. Hazırda isə Bakı ilə Brüsseel arasında yeni, daha əhatəli saziş üzərində iş gedir.

Burada mütləq vurğulamaq lazımdır ki, hazırlanan sənəd Azərbaycanın Avropa İttifaqına assosiativ üzvlüyünü yox, ikitərəfli əməkdaşlığı nəzərdə tutan saziş layihəsidir. Yəni bu, bəzi postsovet ölkələrinin Brüssellə imzaladığı assosiativ sazişin analoqu deyil. Bu barədə verilən açıqlamalardan belə başa düşülür ki, həmin sazişin ilin sonuna qədər imzalanması çox realdır.

Sazişdə əks olunan müddəalar da çox aktual və əhatəlidir. Hazırlanan layihədə siyasi islahatlar, insan hüquqları, iqtisadi – xüsusilə də enerji sahələrində əməkdaşlıq və digər məsələlərin yer aldığı haqda məlumatlar var. Fikrimcə, bəhs etdiyimiz sazişin imzalanması Azərbaycanın Avropaya inteqrasiyasında yeni mərhələ olacaq”.

Qeyd edək ki, prezident İlham Əliyev Xorvatiyaya bir neçə gün əvvəl baş tutan səfəri zamanı Azərbaycan və Avropa İttifaqı arasında yeni sazişin hazırlanması üzərində işlərin sürətlə davam etdiyini bildirib.

A.Zeynalov

COP29

www.yenicag.az

2507
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv