!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycan bir nömrəli investisiya məkanıdır” - İlham Əliyev

!Reklam – Yazi

“BP ilə xüsusi münasibətlər o vaxtdan həmin şirkətin Azərbaycanın enerji bazarında, qlobal enerji bazarında fəal oyunçu olması faktına əsaslanır. O vaxtdan indiyədək tərəfdaşlığımızı strateji tərəfdaşlığa çevirən bir çox başqa müqavilələr imzalanıb. Onlardan biri “Şahdəniz”dir. Növbədə “Dayaz sular” və başqaları var. Bu, tərəfdaşlığın yaxşı göstəricisidir”.

Bunu “Şahdəniz Mərhələ 2” üçün inşa olunan yaşayış blokları və texnoloji təchizat platformasının üst tikililərinin “Şahdəniz” müqavilə sahəsinə yolasalma mərasimində Azərbaycan prezidenti İlham Əliyev deyib.

“Biz BP-yə etimad göstəririk. Əminəm ki, BP də Azərbaycana etimad göstərir. Əks halda onlar ölkəmizə bu qədər çox vəsait yatırmazdılar. Cənab Counzun dünən və bu gün qeyd etdiyi kimi, BP-nin fəaliyyət sferasında Azərbaycan bir nömrəli investisiya məkanıdır. Bu isə bizim əməkdaşlığımızı daha da gücləndirir. Dünən qeyd etdiyim kimi, hazırda onlar “Azəri-Çıraq-Günəşli” müqaviləsinin genişləndirilməsi üzərində işləyirlər. Ümidvaram ki, bu, tezliklə olacaq. Bundan əlavə, təkcə “Azəri-Çıraq-Günəşli”də bizim tərəfdaşlığımız 2050-ci ilədək davam edəcək. Əminəm ki, “Şahdəniz”dən nəzərə tutulandan daha çox qaz istehsal edəcək. “Biz Azəri-Çırağı” “Əsrin müqaviləsi” adlandırmışdıq, indi isə mən əsrlərin müqaviləsindən danışıram. Mən, həmçinin Azərbaycana yatırılan investisiyalara və uğurlu fəaliyyətə görə bütün tərəfdaşlarımıza, “Şahdəniz” tərəfdaşlarına və bu nadir qurğunu tikən şirkətlərə bir daha təşəkkürümü bildirmək istərdim. Azərbaycanda fəaliyyət göstərən beynəlxalq komanda ölkəmizin inkişafına kömək edir. Düşünürəm ki, ev sahibi olan ölkə yerli şirkət SOCAR ilə əcnəbi investorlar arasında nadir əməkdaşlıq mühiti yaradır”, – deyə dövlət başçısı vurğulayıb.(APA)

Yenicag.az

COP29

www.yenicag.az

968
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv