Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşuldu

media-hightechnic-468x90

Azərbaycan BMT-nin “Vasitəçilik nəticəsində əldə olunan beynəlxalq barışıq sazişləri haqqında Konvensiya”sına qoşulub.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin “X” hesabında paylaşım edilib.

Qeyd olunur ki, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Tofiq Musayev BMT-nin Hüquq Məsələləri üzrə Ofisində sözügedən konvensiyanı ölkə adından imzalayıb.

Məlumata görə, konvensiya 20 dekabr 2018-ci ildə Nyu-Yorkda qəbul olunub və beynəlxalq səviyyədə vasitəçilik yolu ilə əldə edilən razılaşmaların hüquqi çərçivəsini müəyyən edir./Apa/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05